“Azərbaycan Qırğızıstan millisinə yeddi top fərqi ilə qalib gəlməsi...”
30.05.2013 - 19:24
“Azərbaycan Qırğızıstan millisinə yeddi top fərqi ilə qalib gəlməsi...”
“Turnirin ilk oyununda belə hesabla qalib gəlməyimiz əla oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ-ın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Cim Runi deyib.

O, Bakıda keçirilən III Caspian Cup beynəlxalq turnirində Qırğızıstan yığmasını 11:0 hesabı ilə məğlub etmələrini dəyərləndirib: “Əslində, Azərbaycan yığmasının bir gün əvvəl Qırğızıstan millisinə yeddi top fərqi ilə qalib gəlməsi bizi bu qarşılaşmaya daha ciddi hazırlaşmağa məcbur etmişdi. Əsas məqsədimiz rəqib qapısından bacardıqca çox top keçirmək idi ki, buna da nail olduq. Təşkilatçılığa gəlincə isə, infrastruktur, stadion, hər şey əladır”.

Mənbə: affa.az