Abidal “Barselona” ilə vidalaşdı, Xavi ağladı - FOTO
30.05.2013 - 20:12
“Barselona”nın müdafiəçisi Erik Abidal komandanı tərk edib. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu bu gün xüsusi təşkil etdiyi mətbuat konfransında Kataloniya klubu ilə vidalaşıb.
Müqaviləsinin müddəti iyunun 1-də başa çatacaq olan 33 yaşlı oyunçunun sonuncu dəfə meydana çıxmaq istəyir: “Mən “Barselona”da qalmaq niyyətində idim, amma klub rəhbərliyi başqa cür fikirləşdi. İstəyirəm ki, məşqçi mənə istirahət günlərində iki dəqiqə oynamağa imkan versin. Çünki azarkeşlərimizlə vidalaşa bilim. Komandanı tərk edirəm, lakin kluba qayıda bilərəm. Hələ ki mənə belə təklif edilməyib”.
Qeyd edək ki, Erik Abidal təşkil etdiyi mətbuat konfransında onun komanda yoldaşı Xavi Hernandes göz yaşlarını saxlaya bilməyib.

0
0