PSJ növbəti mövsümə mənfi 3 xalla başlayacaq
31.05.2013 - 01:10
Ötən gün Fransa Futbol Federasiyasının Nəzarət-İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, PSJ-nin idman direktoru Leonardonun hakimə qarşı etdiyi xoşagəlməz davranışına baxılıb.
Nəzarət-İntizam Komitəsi braziliyalı mütəxəssisi 9 ay müddətinə cəzalandırıb. Həmçinin Fransa çempionu olan Paris klubu da cəzaya məruz qalıb. Baş məşqçi Karlo Ançelottinin komandası növbəti mövsüm ölkə birinciliyinə mənfi 3 xalla başlayacaq. Leonardo isə apelyasiya məhkəməsinə müraciət etməsi imkanına malikdir.
Qeyd edək ki, Leonardo Fransa çempionatının XXXV turu çərçivəsində “Valansyen”lə matçdan sonra görüşün baş hakimi Aleksandr Kastronun sinəsini çiyinlə itələyib.

0
0