“Qəbələ”dən nazirə dəvət
31.05.2013 - 11:21
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov II Qəbələ kubokunun final oyununu izləyə bilər. Apasport.az saytının məlumatına görə, 15 yaşadək futbolçular arasında beynəlxalq turnirin təşkilatçıları sabah baş tutacaq həlledici qarşılaşmada naziri də görmək istəyir. Bununla bağlı “Qəbələ” klubu Rəhimova rəsmi müraciət edib. Onun da dəvətə müsbət cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, sabah baş tutacaq final oyununda Hollandiyanın “Feyenoord” və Portuqaliyanın “Portu” klubları qarşılaşacaq.
Qeyd edək ki, sabah baş tutacaq final oyununda Hollandiyanın “Feyenoord” və Portuqaliyanın “Portu” klubları qarşılaşacaq.
0
0