AZAL millimizin futbolçusunu transfer edir
31.05.2013 - 11:45
AZAL klubu növbəti mövsüm üçün transfer işlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” ötən mövsümkü heyətindən qapıçı Ruslan Məcidov, müdafiəçilər Tural Nərimanov, bosniyalı Bronislav Arsenyeviç, yarımmüdafiəçilər serbiyalı Nikolay Adamoviç, amerikalı Con Oluremi ilə müqaviləni uzadıb.
“Simurq”dan gedən müdafiəçi Aleksandr Şemonayev və yarımmüdafiəçi Qərib İbrahimovu heyətinə qatan AZAL yığmamızın üzvü Murad Ağayevi keçidini həll etməkdədir. Belə ki, milliləşdirilən rusiyalı müdafiəçinin müqavilə ilə məxsus olduğu “Sumqayıt”dan transferi razılaşdırılaraq, kompensasiya məsələsi ilə bağlı danışıqlar gedir.
Usim Ndukanın gedişindən sonra AZAL-ın kapitanı olan Cahangir Həsənzadənin gələcək taleyinə bir qədər sonra aydınlıq gələcək. Belə ki, bir neçə gün öncə atası dünyasını dəyişən 34 yaşlı qapıçının klubla müqaviləsi var. Cahangirlə ailəsində olay nəzərə alınaraq daha sonra söhbət olacaq.

0
0