Elxan Məmmədov Mavrikidə bir ilkə şahidlik etdi
31.05.2013 - 19:15
Elxan Məmmədov Mavrikidə bir ilkə şahidlik etdi
FİFA-nın İcraiyyə Komitəsinin tarixində bir ilk yaşanıb. Apasport.az saytının məlumatına görə, sözügedən ali qurumun İcraiyyə Komitəsinə ilk dəfə qadın seçilib.

Belə qərar bu gün Mavrikidə keçirilən FİFA-nın 63-cü Konqresində qəbul edilib. Bu, Burundi Futbol Assosiasiyasının prezidenti Lidiya Nserekadır. Səsvermənin 95 iştirakçısı 46 yaşlı qadının namizədliyini dəstəkləyib. O, 4 illik müddətinə bu vəzifədə çalışacaq.

Bununla da, Nsereka FİFA-nın İcraiyyə Komitəsinin 25-ci üzvü olub.

Qeyd edək ki, Mavrikidə keçirilən FİFA-nın 63-cü Konqresində AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edir.
0