“Liverpul” Luis Suaresi komandada saxlayacaq
31.05.2013 - 23:02
“Liverpul” hücumçusu Luis Suareslə ayrılmaq niyyətində deyil. Apasport.az saytının məlumatına görə, ingilis klubu uruqvaylı futbolçunu yay transfer pəncərəsinin açılmasından sonra heç bir kluba satmayacaq.
Liverpul təmsilçisinin nümayəndəsi Suaresin İngiltərədə özünü narahat hiss etməsinə baxmayaraq, onu komandada saxlayacaqlarını bildirib: “Luis Suares satılmır. Futbolçu və ya onun nümayəndələri klub rəhbərliyinə getmək arzusu haqqında bildirməyiblər. “Liverpul” oyunçunu dəstəkləməyə davam edir və onunla qüvvədə olan müqaviləni qoruyur. Klub bununla bağlı daha şərhlər verməyəcək”.
Qeyd edək ki, Suares cari mövsümdə “Liverpul”un heyətində 33 matçda meydana çıxıb və rəqib qapılarından 23 top keçirib.

0
0