Caspian Cup: Qaliblər mükafatlandırıldı
06.06.2013 - 01:00
Ötən gün başa çatan III Caspian Cup beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AccessBank-ın İdarə Heyətinin sədri Mixael Hoffmann və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov təqdim edib.
Əvvəlcə final oyununu idarə etmiş hakimlərə xatirə hədiyyələri və diplom verilib. Uruqvay yığması turnirin “Fair Play” mükafatına layiq görülüb. “Ən yaxşı qapıçı” nominasiyasının qalibi Türkiyə yığmasının üzvü Tarık Çetin olub. Rəqib qapılarından 7 top keçirmiş ABŞ komandasının futbolçusu Bruks Lennon yarışın ən məhsuldar oyunçusu üçün təsis olunmuş mükafatı alıb. Turnirin “Ən yaxşı oyunçu"su mükafatına Türkiyə yığmasının üzvü Enes Ünal layiq görülüb.
Yaponiya yığmasının üzvləri bürünc, Azərbaycan komandasının futbolçuları isə gümüş medallarla təltif edilib. Sonda III Caspian Cup turnirinin kuboku Türkiyə yığma komandasına təqdim olunub.
Mənbə: affa.az

0
0