Ballak het-trik edib, futbolla vidalaşdı
06.06.2013 - 03:38
Almaniya milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Mixael Ballak vida oyununu keçirib. Apasport.az saytının məlumatına görə, matç Leypsiq şəhərinin “Red Bull Arena”sında baş tutub.
“Ballakın dostları” və “Dünya yığması” arasında reallaşan görüşdə ikincilər 3:4 hesabı ilə qələbə qazanıb. Təxminən 50 min azarkeşin izlədiyi qarşılaşmada Mixael het-trik edib. 36 yaşlı veteran futbolçu 2 qolu “Ballakın dostları”nın heyətində, 1 topu isə “Dünya yığması”nın formasını geyindiyi zaman vurub. Digər qollara isə Didye Droqba, Andre Şyurle və Andreas Noyendorf imza atıb. Həmçinin “Qalatasaray”ın hücumçusu dubl edib.
Qeyd edək ki, “Ballakın dostları” komandasının baş məşqçisi Rudi Föller, “Dünya yığması”nın çalışdırıcısı isə Joze Mourinyo olub.

0
0