Kriştianu Ronaldo: Səhvə yol vermək lazım deyil
06.06.2013 - 04:40
Kriştianu Ronaldo: Səhvə yol vermək lazım deyil
“Bu, çox önəmli oyun olacaq. Səhvə yol vermək lazım deyil. Stadionda atmosferin yüksək olacağından əminəm. Bütün portuqaliyalıları sevincə qərq etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo deyib.

“Real”ın formasını geyinən futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyun öncəsi fikirlərini bildirib: “Dünyada hər şeydən çox bu qarşılaşmada komandamızın qələbə qazanmasını mən istəyirəm. Çünki Braziliyaya vəsiqə qazanmaq üçün mübarizəni davam etdirək. Futbolçular mövsümün sonu olduğuna görə, çox yorulublar, amma yığma komanda üçün oynamaq böyük şərəfdir. Bu matçda ən yüksək şey motivasiya əldə etməkdir. Əminəm ki, cümə günü biz mükəmməl vəziyyətdə olacağıq və hər kəs qələbə üçün əlindən gələni əsirgəməyəcək”.

Qeyd edək ki, Portuqaliya – Rusiya matçı iyunun 7-də, Lissabon şəhərində keçiriləcək.