“Monako”nun növbəti hədəfi “Çelsi”nin kapitanı
06.06.2013 - 05:23
“Çelsi”nin mərkəz müdafiəçisi və kapitanı Con Terri “Monako”nun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, Fransa klubu ingilis futbolçunun keçidi üçün “zadəganlar”a 7 milyon funt-sterlinq ödəməyə hazırdır.
Bu təklifi London təmsilçisinin də qəbul edəcəyi gözlənilir. Çünki Terrinin müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. Yeni razılaşma ilə bağlı isə hələ ki “Çelsi” rəhbərliyi tərəfindən Cona heç bir təklif göndərilməyib.
Qeyd edək ki, daha əvvəl “Monako” “Liverpul”un müdafiəçisi Daniel Agger ilə də yaxından maraqlanırdı.

0
0