“Qəbələ”: Biri getdi, biri də gedir - FOTO
06.06.2013 - 09:04
“Qəbələ”: Biri getdi, biri də gedir - FOTO
“Qəbələ” daha bir futbolçu ilə yollarına davam etməmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bu, millinin qapıçısı Anar Nəzirovdur.

Hazırda yığmanın düşərgəsində Lüksemburqla oyuna hazırlıqlarda iştirak edən Nəzirovla başa çatan müqavilənin yenilənməməsinin səbəbləri isə aydındır. Belə ki, “Simurq”dan polşalı David Petrzkeviçi və Dmitri Kramarenkonu heyətinə qatan “Qəbələ” digər 2 qapıçısından biri ilə yolları ayırmaq məcburiyyətində idi.

Braziliyalı Dieqonun hələ 1 il də müqaviləsinin qalması gözləri Anara dikəldib. Legionerdən fərqli, yerli qolkiperin klubla anlaşmasının bitməsi məhz ona “yaxşı yol” deməsinə gətirib çıxarıb.

Bu arada dayaq yarımmüdafiəçisi Elmar Baxşiyevin klubla yeni müqavilədə razılığa gəldiyi deyilsə də, bu, həqiqəti əks etdirmir. Böyük ehtimalla, Elmar da Anarın aqibəti ilə üzləşəcək. Ancaq bunu zaman göstərəcək.