Məşhur məşqçi Braziliyadan “apasport”a danışdı - FOTO
06.06.2013 - 09:12
“Hələ Braziliyadayam. Transferlər tam yekunlaşdıqdan sonra Bakıya gələcəyəm”. Bunu apasport.az saytına açıqlamasında “Azəryol”un yeni baş məşqçisi Ancelo Vercesi deyib.
Komandasının heyəti tam komplektləşdikdən sonra Azərbaycana gələcəyini deyən Vercesi bildirib ki, bundan sonra hazırlıq proqramı üzrə məşqlərə başlayacaqlar: “Heyət tam yığıldıqdan sonra proqram üzrə işləməyə başlayacağıq. Buna uyğun təlim-məşq toplanışları, hazırlıq matçları keçəcəyik. “Azəryol” həmişə iddialı olub və yeni mövsümdə də komandama titullar qazandırmağa çalışacam”.
Təcrübəli mütəxəssis həmyerlisi Paulo Kokonun “Rabitə”yə baş məşqçi təyin olunmasına da münasibət bildirib: “Koko ilə birgə Braziliya yığmasında işləmişik. O, mənim dostumdur və çox peşəkar, işinə səylə yanaşan insandır. Fikrimcə, klubuna çox xeyri dəyəcək və birgə Azərbaycan voleybolunu daha da yüksəklərə qaldıracağıq”.
Qeyd edək ki, Vercesi 2005-2006-cı illərdə Braziliya millisində məşqçi işləyib.

0
0