Vaqif Cavadovla “İnter”in gizli müqaviləsi
06.06.2013 - 10:17
Vaqif Cavadovla “İnter”in gizli müqaviləsi
“İnter” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, bu, millimizin hücumçusu Vaqif Cavadovdur. Müqavilə 2 il müddətinə nəzərdə tutulub.

Əslində, futbolçu ilə müqavilə hələ mayın sonlarında, yəni oyunçu millinin düşərgəsinə yollanmamışdan öncə bağlanılıb. Sadəcə, futbolçu onun “Qarabağ”dan ayrılması böyük səs-küyə səbəb olacaq deyə “İnter”ə transfer olunmasını gizlətməyə çalışıb.

Qeyd edək ki, Vaqif Cavadov ötən mövsüm “Qarabağ”da 24 oyuna 3 qol vurub. O, yebi komandasının hazırlıqlarına iyunun 14-dən başlayacaq Avstriya toplanışında qoşulacaq.

Elvin Məmmədov, Rəşad Sadiqov, Rauf Əliyev və Əfran İsmayılovun ardından daha bir milli üzvünü saxlaya bilməyən “Qarabağ” rəhbərliyinin isə transfer siyasəti hələ də qaranlıq qalır. Bir vaxtlar milli üzvlərini “gözə soxmağa” çalışan klub indi həmin futbolçuların bir-bir komandanı tərk etməsinə seyrçi mövqedən yanaşır...