“Caspian Cup”ın ən yaxşısı: Biz heç kimdən qorxmuruq - MÜSAHİBƏ
06.06.2013 - 12:15
Bakıda təşkil edilən III Caspian Cup turnirinin qalibi olan Türkiyə U-17 yığmasının kapitanı Enes Ünal, həm də yarışın “ən yaxşı oyunçusu” nominasiyasının qalibi oldu. Sərgilədiyi oyunla mükafata layiq olan istedadlı hücumçu mükafatlandırılma mərasimindən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Turnir haqda nə deyə bilərsiniz?
- Bakıya gələrkən məqsədimiz buradan kubokla dönmək idi. Sonda istədiyimizi əldə etdik. Final həqiqətən də çətin keçdi. Azərbaycan yığması həm taktiki, həm də fiziki planda çox güclü idi. Buna baxmayaraq, qələbəni biz qazandıq. Düşünürəm ki, buna layiq idik. Azərbaycan yığmasını da yaxşı oynadığına görə təbrik edirəm.
- Türkiyə yığması rəqiblərini hansı komponentlərdə üstələdi?
- Hazırkı heyətlə artıq 4-5 təlim-məşq toplanışı keçirmişik. Ümidverici bir komandamız var. Uşaqlar bir-birini yaxşı başa düşürlər. Sonda da bunun bəhrəsini gördük.
- Siz həm də turnirin ən yaxşı oyunçusu seçildiniz. Seçimin yekunu sizin üçün sürpriz olmadı?
- Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Futbol komanda oyunudur. Onlar olmasaydı, qələbə qazana bilməyəcəkdim.
- Turnir müddətində ən çətin oyununuz hansı oldu?
- Yarımfinalda Yaponiyanı məğlub etdiyimiz oyunla final qarşılaşmasını qeyd edə bilərəm.
- Türkiyədə hansı klubda çıxış edirsiniz?
- “Bursaspor”un yetirməsiyəm. Əvəzedici komandada çıxış edirəm. Amma əsas heyətin məşqlərinə də qatılıram.
- Bəs əsas komandada nə vaxt oynayacaqsınız?
- Türkiyəyə döndükdən sonra rəsmi müqaviləyə imza atacam. Yeni çempionatdan isə əsas komandanın heyətində yer alacam.
- Əsas komandada oynamağa hazırsınız?
- Hazıram. Həm də mövsüm öncəsi təlim-məşq toplanışına qatılacağam. Onda tam hazır olacağam. “Bursaspor” Türkiyənin ən yaxşı komandalarından biridir. Öz vaxtımı gözləyəcəm.
- Superliqada “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray” kimi güclü komandalar var. Onlarla oyunlarda özünüzü göstərə biləcəksinizmi?
- “Bursaspor” heç kimdən qorxmur. İstənilən komandaya qarşı başabaş mübarizə aparacaq gücdədir.
- Hündürboylu olduğunuz üçün kənardan baxanlar sizin “lipa” olduğunuzu düşünür...
- (gülür) Nə deyim? Mən “lipa” deyiləm. Bu kənardan baxanların düşüncəsidir. Hər kəsin öz fikri var. Mən 1997-ci ildə anadan olmuşam.

0
0