Borcunuzu qaytarın!
06.06.2013 - 12:33
Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamız qrupda 2 xalla sonuncu olan Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmanı qələbəyə həsrət qalanların dueli kimi də qələmə vermək olar.
Belə ki, rəqibini turnir cədvəlində qabaqlayan millimizin hesabında 3 xalı olsa da, bunlar yalnız heç-heçə sayəsində qazanılıb. Özü də maraqlıdır ki, həm Lüksemburq, həm də Azərbaycan Şimali İrlandiya ilə səfər matçından 1:1 hesablı bərabərliklə 1 xal gətirib.
Millimizin bu il rəsmi oyunda qarşılaşdığı Lüksemburqla səfər matçından qələbə ilə qayıdacağı gözlənilsə də, bu, baş vermədi. Qolsuz bərabərliklə razılaşmalı olan futbolçularımız bu dəfə Foqts demişkən, 3 xal borclarını qaytarmalıdırlar. Çünki azarkeşləri qələbədən başqa heç bir nəticə razı sala bilməz. Hər halda, cari seçmə mərhələdə uzun müddət gözlədiyimiz qələbə ilə bütün ümidlər məhz Lüksemburqla ev oyununa yönəlib.
Düzdür, eyni xala malik olduğumuz Şimali İrlandiya bu turu buraxdığından, hətta heç-heçə onu qabaqlayıb, turnir cədvəlində 4-cü olmağımıza imkan verəcək. Ancaq təbii ki, 1 xallıq fərq azdır və qrupda 4-cü yerə iddiamız varsa, daha irəli getmək imkanından maksimum yararlanmaq lazımdı.
Millimizin ev oyunlarının çoxu bu ilə təsadüf etdiyindən, 67 yaşlı almaniyalı çalışdırıcımızın daha çox xal yığıb, öz rekordunu yeniləcəyinə inam böyükdür. Bunu isə məhz lüksemburqlularla matçdan başlamaq lazımdır. Ardından İsrail yığması ilə səfər görüşünə çıxacaq millimizin dünya çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparan rəqibdən xal alacağı inandırıcı görünmür. Son 2 oyunumuz isə oktyabrda - 4 gündə Şimali İrlandiya və Rusiya ilə ev matçlarımız olacaq ki, onda 4 xala ümidimiz böyükdür. Səfərdə 90+6-cı dəqiqəyə kimi irəlidə olduğumuz, son saniyələrdə buraxdığımız qolla 1 xal gətirdiyimiz britaniyalılara qalib gəlmək şansımız var. Rusiyanın isə həmin vaxta qrup qalibi kimi dünya çempionatına çıxacağı gözlənildiyindən, ən azı 1 xala ümid etmək olar.
Yığmamız meydana itkilərlə çıxacaq. Rauf Əliyevlə Vüqar Nadirov cəzalı olduqlarından kənarda qalıblar. Onlardan fərqli, Cihan Özkara çağırılsa da, milliləşdirilən türkiyəli hücumçu zədəli olduğundan heyətdən kənarlaşdırılıb. Digər milliləşdirilən hücumçu Pərdis Fərcad-Azadın isə zədəsi olduğundan, meydana çıxacağı sual altındadır.
Təbii ki, birdən-birə 4 hücumçunun yoxluğu ciddi problemdir. Ancaq digər tərəfdən, bu, ehtiyatda qalan ön xətt oyunçuları üçün yaxşı şansdır. Bunu ilk növbədə 2007-ci ildən millimizdə çıxış edən, bu il qola həsrət qalan Branimir Subaşiçə aid etməliyik. Rüfət Dadaşov isə Qətərlə yoldaşlıq görüşündə millimizdə qol hesabını açmaqla diqqəti özünə cəlb edib. Həm hücumda, həm də yarımmüdafiənin sol cinahında oynaya bilən Vaqif Cavadov da öz sözünü deməlidir.
Hər halda, millimizə sonuncu qələbəni məhz o, fevralda Lixtenşteynlə yoldaşlıq görüşündə penaltidən vurduğu qolla gətirib. Foqtsun müdafiədə də qayğıları olsa da, zədələri olan Rəşad Sadıqov, Mahir Şükürov, Maksim Medvedev son günlərdə qrup halında çalışmalarda iştirak edib.
Azərbaycan – Lüksemburq matçı ilə bağlı daha bir məqam oyunun məkanı ilə bağlıdır. Belə ki, bir müddət öncə açılan “Bakcell Arena”da yığma səviyyəsində ilk oyun olacaq. Təbii ki, bu da qələbə qazanmağa əlavə stimul verir. Hər halda, hər bir stadionun açılışını qələbə ilə qeyd etmək gözlənilir.
Qeyd edək ki, saat 21:00-da başlayacaq oyunu Mihay Fabianın başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

0
0