UEFA Bakıdakı oyunla bağlı səhvini düzəltdi
06.06.2013 - 13:59
UEFA Bakıdakı oyunla bağlı  səhvini düzəltdi
UEFA-nın saytı sabah keçiriləcək Azərbaycan – Lüksemburq matçı ilə bağlı yanlışlığını düzəldib. Apasport.az saytının məlumatına görə, saat 21:00-da başlayacaq matçın keçirilmə yeri əvvəlcədən Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” göstərilsə də, artıq bu səhv aradan qalxıb.

Belə ki, seçmə mərhələnin görüşünün “8-ci km” qəsəbəsindəki stadionda baş tutacağı UEFA-nın saytı vasitəsilə də təsdiqlənib.