“1000 avroya Bakıda 4-5 gün qalmaq olar” - FOTO
06.06.2013 - 14:20
“Belfastda Lüksemburq yığmasını təxminən 40-a yaxın dəstəkləyən vardı. Hazırda məktəb tətillərinin olması lüksemburqlulara belə qısa səfərlərə yollanmaq imkanı verir”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin Bakıdakı yeganə azarkeşi olacaq Xristian Klayn deyib.
Klayn Lüksemburq yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibləri ilə bütün səfər qarşılaşmalarına yollanmağı qarşısına qoyub. Bu məqsədlə cırtdan millisinin sadiq azarkeşi İsveçrə marşrutu ilə ölkəmizə gəlib. Belə ki, o, Lüksemburq – Bazel – İstanbul – Bakı reysini ucuz olduğuna görə seçib.
Səfərinə ötən ilin sentyabrında Şimali İrlandiyanın mərkəzi şəhəri Belfastla başlayan Klayn indi Bakıdadır. Onun sözlərinə görə, təxminən 1000 avroya Bakıda 4-5 gün qala bilər: “Əgər siz əvvəlcədən hər şeyi təşkil etsəniz, burda sıxılmayacaqsınız və səfəriniz olduqca asan alınacaq. Mən Sankt-Peterburqda heç vaxt olmamışam (Rusiya ilə sentyabrın 6-dakı oyun bu şəhərdə keçiriləcək). O şəhər də çox gözəl olmalıdır. Lüksemburqun səfər oyunlarına gələcəkdə də getməyim mümkündür”.
Qeyd edək ki, Lüksemburq Futbol Federasiyasının prezidenti, yığmanı 1985-2001-ci illərdə çalışdırmış Pol Filipp ona millimizlə oyundan sonra bütün futbolçuların imzası olan forma verməyi söz verib.

0
0