Vobayın meneceri: Onun Avropadan sərfəli təklifləri var
06.06.2013 - 15:23
“Vobayın nəinki APOEL, başqa komandalardan da təklif alıb”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubundan ayrılmaq üzrə olan afrikalı futbolçu Julius Vobayın meneceri Ana Mariya Prodan deyib.
“Ağ-qaralar”ın Avroliqanın qrup mərhələsinə düşməsində və Topaz Premyer Liqasının qızıl medallarını qazanmasında böyük rolu olan Vobay Kiprə üz tutur. Onun yaxın günlərdə APOEL-lə rəsmi müqavilə bağlayacağı istisna deyil.
Prodan bunu təsdiqləmək istəməsə də, futbolçunun daha sərfəli variantlar üzərində düşündüyünü bildirdi: “Bilirsiniz ki, Vobay Azərbaycanda öz sözünü demiş futbolçudur. Onunla yerli klublar da maraqlanırdı. Ancaq Julius digər Avropa ölkələrindən olan sərfəli variantlara nəzər salmaq və belədə “Neftçi”nin təklifi üzərində tələsməmək istəyir. Bunların arasında APOEL də, Rumıniyanın başqa klubları da var”.
Səbuhi TOFİQOĞLU

0
0