“Azərbaycan yığması Lüksemburqda yaxşı təsir bağışlamışdı”
06.06.2013 - 16:08
“Azərbaycan yığması Lüksemburqda yaxşı təsir bağışlamışdı”
Lüksemburq millisinin baş məşqçisi Luk Holtsun Bakıdakı mətbuat konfransı nəzərdə tutulan vaxtda başlamayıb. Apasport.az saytının məlumatına görə, jurnalistlərlə görüşə saat 16:15-də çıxmalı olan mütəxəssis 45 dəqiqə ləngiyib.

Sualları fransızca cavablandıran Holtsun dedikləri Azərbaycan dilinə tərcümə olunmayıb. Belə olan halda, Holtsa sualları ancaq Lüksemburqdan gələn jurnalistlər verib. O, millimizlə oyun öncəsi daha çox komandasının hazırlığı, üzləşdiyi çətinliklər haqda danışıb.

Onun dediklərindən belə başa düşdük ki, Azərbaycan yığması fiziki cəhətdən güclüdür: “Azərbaycanda evdə oynadığından, qələbə üçün oynayacaq. Onlar azarkeş dəstəyindən yararlanmağa çalışacaqlar. Azərbaycan yığması Lüksemburqda yaxşı təsir bağışlamışdı. Qalibin kim olacağını bilmirik. Hesab edirəm ki, komandaların şansı bərabərdir”.