Rauf Əliyevi start heyətinə kim salıb?
06.06.2013 - 16:43
Rauf Əliyevi start heyətinə kim salıb?
Lüksemburq yığmasının baş məşqçisi Luk Holts özü üçün Azərbaycan millisinin start heyətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu, mətbuat konfransı keçirilən zalda lövhədə öz əksini tapıb.

Belə ki, lövhədə komandamızın “11-liy”ini nömrələrlə yazan Holts qapıda Kamran Ağayev, müdafiənin mərkəzində Rəşad Sadıqov, Rasim Ramaldanov, solunda Maksim Medvedev, sağda Mahir Şükürova yer verib.

Yarımmüdafiənin mərkəzində Ruslan Abışov, Aleksandr Çertoqanovla Əli Gökdəmir, solunda Vaqif Cavadov, sağında Rauf Əliyev, hücumda isə Branimir Subaşiçin adını göstərib. Onun Çertoqanovla Əliyevin adını dairəyə almasından belə nəticə çıxarmaq olar ki, bu futbolçuların heyətdə olmamağından xəbərdardır.

Holtsun az qala oyun qurucu mövqeyinə qoyduğu, əslində isə müdafiəçi olan Əlinin də adını işarələməsi, mərkəz hücumçusu olan Raufun yarımmüdafiənin sağına qoymağı da diqqətçəkən məqamdır.

Qeyd edək ki, Azərbaycan – Lüksemburq oyunu sabah olacaq.