“Neftçi”nin hücumçusu oynamadı, komandası qazandı
06.06.2013 - 20:06
DÇ-2014-ün seçmə mərhələsi öncəsi Çin yığması Özbəkistan milli komandası ilə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, qarşılaşma Quancjou şəhərinin “Tyanxe” stadionunda baş tutub.
Görüş 1:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Bu matçda “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov iştirak etməyib. O, heyətdə yer alsa da, matçı sona qədər ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, Çin yığması iyunun 11-də Hollandiya millisi ilə də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Həmin gün Nasimovun komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Cənubi Koreya ilə qarşılaşacaq.

0
0