“Bavariya” 2 futbolçusu ilə yenidən müqavilə imzaladı
06.06.2013 - 20:37
“Bavariya” 2 futbolçusu ilə yenidən müqavilə imzaladı
Bu mövsüm Bundesliqanın qalibi, Almaniya kubokunun sahibi və Çempionlar Liqasını qazanan “Bavariya” 2 futbolçusu ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, bu oyunçular yarımmüdafiəçi Frank Riberi və müdafiəçi Daniel van Buytendir.

Münhen klubu fransalı futbolçu ilə 2017-ci ilə, belçikalı oyunçu ilə 2014-cü ilin qədər yenidən razılaşıb.

Qeyd edək ki, Riberi 2007-ci ildən “Bavariya”nın formasını geyinir. O, 155 matçda meydana çıxıb və 53 qola imza atıb. 2006-cı ildən Münhen təmsilçisində top qovan Daniel van Buyten isə 141 dəfə bu klubun heyətində çıxış edib.