“Mançester Siti” Fernandinonun keçidini rəsmiləşdirdi - FOTO
06.06.2013 - 22:00
“Mançester Siti” Fernandinonun keçidini rəsmiləşdirdi - FOTO
“Şaxtyor”un yarımmüdafiəçi Fernandino rəsmən “Mançester Siti”nin oyunçu olub. Apasport.az saytının məlumatına görə, bu gün 28 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra “şəhərlilər”lə rəsmi müqavilə imzalayıb.

Braziliyalı oyunçu ingilis klubunun heyətində 25 nömrəli formanı geyinəcək. “Mançester Siti” rəsmiləri Fernandinonun transfer dəyəri ilə bağlı açıqlama verməyib. Lakin “Şaxtyor”un rəsmi saytında yarımmüdafiəçi üçün “şəhərlilər”in 40 milyon avro ödədiyi göstərilir.

Qeyd edək ki, Fernandino 2005-ci ildən “Şaxtyor”un şərəfini qoruyur. O, bu klubun heyətində 6 dəfə Ukrayna çempionluğunu və 1 dəfə UEFA kubokunu qazanıb.