“Porto”da məşqçi dəyişikliyi
06.06.2013 - 23:03
“Porto” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, klub prezidenti Pinto da Kosta 44 yaşlı mütəxəssisin əvəzləyicisini də tapıb.
Belə ki, Portuqaliya təmsilçisi “Pasuş de Ferreyra”nın sabiq çalışdırıcısı Paula Fonseka ilə ilkin razılığa gəlib. Rəhbərlik çərşənbə gününə qədər onunla 2 illik müqavilə imzalayacaq. Pereyra ilə müqaviləsinin müddətini vaxtından əvvəl pozulduğu üçün isə “Porto” Vitoraya 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, “Porto”da Paula Fonseka ilə birgə Nunu və Pedro Kampos Moreyra da işləyəcək. Sözügedən məşqçilər yeni çalışdırıcının köməkçiləri olacaq.

0
0