“Ronaldo haqqında danışmaq lazım deyil”
06.06.2013 - 23:26
“İrəlidə hələ digər oyunlar var. Bu, hər iki tərəf üçün ağır oyun olacaq, amma heç kəs hələ şanslarını itirməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı çalışdırıcı bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyun öncəsi fikirlərini bildirib: “Portuqaliya yığması ilə qarşılaşacağımız matçı müzakirə edirik. Biz bu oyunda var gücümüzü ortaya qoyacağıq. Kriştianu Ronaldoya gəlincə, onun haqqında şəxsən danışmaq lazım deyil. Belə böyük futbol ölkəsinin dünya çempionatında iştirak edə bilməməsi heç də yaxşı deyil”.

0
0