Halk “Çelsi”nin maraq dairəsində
06.06.2013 - 23:54
“Zenit”in hücumçusu Halk “Çelsi”nin maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın yeni baş məşqçisi Joze Mourinyo heyətini Braziliya milli komandasının futbolçusu ilə gücləndirmək niyyətindədir.
26 yaşlı oyunçu bu xəbərlərə münasibət bildirib. Halk “Çelsi”nin onunla maraqlandığını təsdiq edib: “Əgər desəydim ki, hər şey doğru deyil, onda mən yalan danışardım. Amma indi bu haqda söhbət etmək düzgün çıxmır. Hazırda mən milli komandamızın yaxşı çıxış etməsi üçün fikrimi ora cəmləmişəm. Həmçinin Konfederasiyalar kubokunu qazanmağı ümid edirəm. Buna görə də digər məsələləri təxirə salmaq lazımdır”.

0
0