“Portuqaliyaya üç xal üçün gəlmişik”
07.06.2013 - 02:16
“Portuqaliyaya üç xal üçün gəlmişik”
“Bura üç xal üçün gəlmişik və həmişə olduğu kimi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının kapitanı İqor Denisov deyib.

29 yaşlı futbolçu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyun öncəsi mətbuat konfransında iştirak edib.

Denisov bildirib ki, Priney təmsilçisinə yalnız 3 xal üçün gəlmişik: “Biz meydana həmişə qələbə qazanmaq üçün çıxmışıq. Mən şəxsən heç vaxt belə oyunları müzakirə etməmişəm. Portuqaliyaya yalnız qalib gəlməyə gəlmişik. Əgər biz bu görüşdə qələbə qazanıb ölkəmizə qayıtsaq, tarixi fakt olacaq. Komandamızın başında əla məşqçi var. O, komandanı belə oyunlara hazırlamağı yaxşı bilir. Hətta oyun təcrübəsi olmayan oyunçuları da, matça yönəltməyi bacarır. Portuqaliya ilə görüşdə hər şey qaydasında olacaq”.

Qeyd edək ki, bu komandalar DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb. Portuqaliya – Rusiya matçı bu gün Lissabonda keçiriləcək.