“Arsenal” Maruan Fellainini transfer etməyə hazırdır
07.06.2013 - 03:00
“Arsenal” Maruan Fellainini transfer etməyə hazırdır
“Arsenal” “Everton”un yarımmüdafiəçisi Maruan Fellainini transferi üçün mübarizədə “Çelsi” və “Mançester Yunayted”i qabaqlayıb. Apasport.az saytının məlumatına görə, “topçular” belçikalı futbolçunun komandası ilə aralarında olan kompensasiyanı ödəməyə hazırdır.

Onun transfer dəyəri 24 milyon funt-sterlinqdir. Həmçinin “Everton”un prezidenti Fellaini ilə razılaşmada belə bəndin mövcudluğunu təsdiq edib. 25 yaşlı oyunçu isə hazırda “Arsenal”ın təklifini nəzərdən keçirir.

Qeyd edək ki, Maruan başa çatan İngiltərə Premyer Liqasının31 matçında forma geyinib və 11 qola imza atıb.