Mario Qomes “Bavariya”dan ayrılır
07.06.2013 - 04:11
Mövsümün əvvəlində zədəli olduğu üçün bir çox oyunlarda meydana çıxa bilməyən “Bavariya”nın hücumçusu Mario Qomes komandasından ayrılır. Apasport.az saytının məlumatına görə, Almaniya milli komandasının üzvü növbəti mövsüm üçün özünə yeni komanda axtarışına başlayıb.
27 yaşlı forvardın meneceri Uli Ferber Qomes ilə “Mançester Siti”, “Çelsi” və “Napoli”nin də maraqlandığını təsdiq edib.
Qeyd edək ki, Mario 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyur. O, başa çatan mövsümdə rəqib qapılarından 13 top keçirib.

0
0