“Çelsi” Edinson Kavanini istəyir
07.06.2013 - 05:34
“Çelsi” baş məşqçi Joze Mourinyonu posta gətirdikdən sonra transfer hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, bir neçə ulduz oyunçularla danışıqlar aparan London təmsilçisi indi də “Napoli”nin hücumçusu Edinson Kavani ilə maraqlanır.
Bu xəbəri Neapol klubunun prezidenti Aurelio De Laurentis də təsdiqləyib: “Bəli, “Çelsi” Kavanini istəyir. Onlar bir neçə saatdan sonra telefonla mənə zəng edəcəklər. Əgər Edinson “Napoli”də qalarsa, çox xoşbəxt olacağam. Lakin Kavani də getmək istərsə, 63 milyon avroluq təzminat haqqından sonra onun yerinə digər futbolçu alarıq”.
Qeyd edək ki, 26 yaşlı forvard 2011-ci ildən “Napoli”nin heyətində çıxış edir. Uruqvay milli komandasının üzvü bu illər ərzində İtaliya klubunun formasını 69 dəfə geyinib və 52 qola imza atıb.

0
0