“Sumqayıt” üçünü birdən yola saldı
07.06.2013 - 10:28
“Sumqayıt” üçünü birdən yola saldı
“Sumqayıt” 3 legioneri ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Taner Taktak, Murat Doymuş və Can Akgünlə yeni müqavilə bağlamamaq qərarına gəlib.

Qeyd edək ki, hər 3 futbolçu Belçika və Almaniyada doğulmuş türklərdir. Ötən yay transfer olunmuş Taktak 20, Doymuş isə 26 oyun keçirmişdi. Qışda alınan Akgün isə 13 oyunda meydanda olmuşdu. Hər 3 oyunçu hərəyə 1 qol vurmağı bacarmışdı.