Başıbəlalı yığmamızın növbəti startı
07.06.2013 - 11:09
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası (U-21) sabah Avropa çempionatının seçmə mərhələsində növbəti startını edəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernhard Lippertin baş məşqçisi olduğu yığmamız 2015-ci il Avropa çempionatının seçmə mərhələsində ilk matçını evdə Makedoniya ilə keçirəcək.
Bununla da əsas yığmamızın Lüksemburqla oyununun ertəsi bütün diqqətlər “Dalğa Arena”ya saat 18:00-da başlayacaq matça yönələcək. 2008-ci ilin fevralından ölkəmizdə çalışan Lippertin U-21-də növbəti sınağında Makedoniya ilə yanaşı, İsrail, Norveç və Portuqaliya yığmaları ilə bir qrupa düşüb. O, artıq bir sıra futbolçuların yaşları ilə əlaqədar yığmada çıxışını başa vurmalı olduqlarından xidmətindən istifadə edə bilməyəcək.
Bunlara misal kimi millimizin sıralarında olan qapıçı Səlahət Ağayev, müdafiəçilər Əli Gökdəmir, Bədavi Hüseynov, hücumçu Rüfət Dadaşovu göstərmək olar. Belə ki, cari seçmə mərhələdən 1992-ci il təvəllüdlü futbolçulardan başlayaraq daha az yaşlılar bu yığmada forma geyə bilər. “Qarabağ”ın müdafiəçisi Qara Qarayev, “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev isə hələ oynaya bilsələr də, millinin baş məşqçisi Berti Foqts onları Lüksemburqla rəsmi oyunda sərəncamında görmək istəyib.
Yığmalarımız arasında qələbə qazanmaq baxımından ən başıbəlalı komandanın məhz U-21 olduğunu desək, yanılmarıq. Təsadüfi deyil ki, bu yığma ən az, nə çox – düz 8 il rəsmi oyunlarda qələbə üzünə həsrət qaldı. Həmin tilsimi məhz Lippert 2009-cu ilin sentyabrın 4-də Albaniyanı Tofiq Bəhramov adına Respublika stadionunda 3:2 hesabı ilə yenməklə qazandı.
Seçmə mərhələyə başlayacağımız rəqib də U-21-nin tarixində özünəməxsus yeri olandır. Məsələ ondadır ki, gənclər yığmamız 2001-ci sentyabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məhz Makedoniyanı Ramal Hüseynovun oyunda vurduğu qolla 1:0 hesabı ilə məğlub edəndən sonra “qara zolağ”a düşdü. Nəticədə 3287 günlük qələbəsizlik yaşayan komandamız meydana çıxdığı 37 oyunda uğur qazana bilmədi.

0
0