Toşakın Almaniya planı - YENİLƏNİB
07.06.2013 - 15:45
“Xəzər Lənkəran” Almaniya toplanışı zamanı 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, artıq həmin qarşılaşmaların vaxtına qismən aydınlıq gəlib.
İyunun 19-da Münhenə gedəcək “ağ-yaşıllar” 29-da hələlik adı açıqlanmayan komanda ilə qarşılaşacaq. Baş məşqçi Con Toşak ertəsi gün komandasını daha bir görüşə çıxaracaq. Ancaq cənubluların bu oyunları bir gün erkən keçirməsi də mümkündür. Belə ki, həmin yoxlama matçları iyunun 28-i və 29-u da keçirilə bilər.
Qeyd edək ki, Almaniya toplanışının müddəti iyunun 24-də atılacaq püşkatmadan asılıdır. Əgər ilk oyun səfərdə olarsa, bu zaman cənub təmsilçisi Almaniyada bir müddət də qalıb, rəqibinin təmsil etdiyi ölkəyə birbaşa yollanmalı olacaq.

0
0