“İnter” İlya Kandelakinin əvəzinə Portuqaliyadan futbolçu gətirir
07.06.2013 - 12:15
“İnter”in transfer etmək istədiyi daha bir legionerin adı məlum olub. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyədə təlim-məşq toplanışında olan “bankirlər” 29 yaşlı portuqaliyalı sol cinah müdafiəçisi Elder Kabralın xidmətində maraqlıdır.
2009-cu ildən şərəfini qoruduğu yüksək liqa təmsilçisi “Akademika” ilə müqaviləsi bitən Elderin anlaşmasını uzatmaq təklifi alıb. Ancaq bakılıların ona marağı vəziyyəti dəyişə bilər. Belə ki, gürcüstanlı İlya Kandelakinin gedişindən sonra onun çıxış etdiyi müdafiənin sol cinahına legioner axtaran “bankirlər” Kabralı diqqətlə təqib edirlər. Hazırda sərbəst olan “55 nömrə” yaxın günlərdə konkret təklifi dəyərləndirərək, “İnter”lə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Elder 10 illik karyerasında yalnız Danimarkada legioner həyatı yaşayıb.

0
0