“Bu, Luk Holtsun azərbaycanlılara cavabı idi”
07.06.2013 - 12:27
Lüksemburq mətbuatı komandalarının bu gün millimizdən 1 xal alacağına inanır. Apasport.az saytının məlumatına görə, dünən baş məşqçi Luk Holts və müdafiəçi Erik Hoffmannın mətbuat konfransından sonra bu qənaətə gəlib.
Onların fikrincə, Holts millimizlə oyunda birdən-birə 3 hücumçunu meydana buraxacaq: “Holtsun meydana daha çox hücumameylli futbolçuları buraxacağı ehtimal olunur. Stefano Bensi, Moris Devil və Orelyen Yoaxim kimi 3 hücumçu eyni vaxtda meydanda ola bilər. Ancaq hücumun sivri ucunda yalnız “Villem II”nin forvardı olacaq. Bensi ilə Devil isə ona cinahlardan kömək edəcək. Azərbaycan yığması isə o qədər də böyük olmayan, ancaq yaraşıqlı “Bakcell Arena”da keçirəcəyi ilk oyunda qələbəsini bayram etmək istəyir”.
Həmkarlarımız daha sonra Lüksemburq Futbol Federasiyasının (LFF) AFFA-ya cavab verməsini qabardıb: “LFF cümə axşamı yığma üçün son məşqi təşkil etdi. Azarkeşlər birmənalı şəkildə arenaya buraxılmadı. Bu, Holtsun azərbaycanlılara cavabı idi. Çünki AFFA da Qətərlə yoldaşlıq oyununu örtülü qapılar arxasında keçirmiş və bununla da yığma məşqçilərimizin Azərbaycanın son durumunu görməsinə mane olmuşdu”.

0
0