“Sumqayıt” “Anji” ilə danışıqlar aparır
07.06.2013 - 12:43
“Sumqayıt” Rusiyanın “Anji” klubu ilə danışıqlar aparır. Apasport.az saytının məlumatına görə, bölgə klubu dağıstanlı futbolçu Məhəmməd Mirzəbəyovu birbaşa transfer etmək istəyir.
Ancaq Mahaçqala klubu 22 yaşlı hücumameylli yarımmüdafiəçini ötən mövsüm olduğu kimi yenə “Sumqayıt”a icarəyə vermək niyyətindədir. Hazırda tərəflər bu məsələnin həll olunması üzərində ortaq məxrəcə gəlmək istəyir. Eyni sözləri Slavik Alxasov və Ruslan Qurbanov haqda da demək olar. Bu futbolçuların yenidən “Sumqayıt”da çıxış etməsi üçün “Neftçi” ilə danışıqlar aparılır.
Bunlardan başqa, “Sumqayıt” əslən klubun təmsil etdiyi şəhərdən olan Vüqar Əsgərovu transfer etməyə hazırlaşır. Onunla müqavilənin müddətinin 2 illik olacağı deyilsə də, bu rəqəm 3 də ola bilər. Hər halda, bu məsələ klub rəhbərliyi ilə Vüqarın yekun görüşündən sonra həllini tapacaq. Latviyanın “Metallurq” klubundan gələn futbolçu ilə bu gün və ya sabah müqavilə bağlanacaq.

0
0