Emil Qriqorov: “Bakı”, yoxsa “İnter”?
07.06.2013 - 13:38
Emil Qriqorov: “Bakı”, yoxsa “İnter”?
Bolqarıstan millisinin yarımmüdafiəçisi Emil Qriqorov karyearısnı Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu ilə birdən-birə 2 paytaxt təmsilçisi – “Bakı” və “İnter” maraqlanır.

Emilin azad agent olması onun son olaraq, vətənində çıxış etdiyi “Ludoqorets”ə transfer məbləğinin ödənilməyəcəyi deməkdir. Yarımmüdafiəçi maddi problemləri olan klubundan yeni anlaşma ilə bağlı istədiyi pulu ala bilmədiyindən Bakı gələcəyi istisna olunmur. Ancaq Asiyada da variantları olan Qriqorovu Çin və Cənubi Koreya komandaları heyətində görməyi arzulayır. Onun Bolqarıstanda qalib, digər kluba keçmək şansı isə aşağı qiymətləndirilir.

Qeyd edək ki, 2001-ci ildən millisinə cəlb olunan futbolçu 12 matçda meydana çıxıb və 1 qol vurub.