Kanales 600 min dollar istəyir!
07.06.2013 - 14:07
Topaz Premyer Liqasında ötən mövsümün bombardiri olan “Neftçi” klubunun çilili futbolçusu Nikolas Kanalesin yeni müqavilə ilə istədiyi məbləğ müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, 28 yaşlı hücumçu “ağ-qaralar”dan 1 ilin qarşılığında 600 min dollar tələb edir.
Hərçənd, Kanalesin “Neftçi” ilə ötən yay bağladığı 1 illik müqaviləsinin dəyəri 300 min dollar təşkil edirdi. Həmin vaxt elə də tanınmadığından böyük məbləğə gəlməyən, ardından öz səviyyəsini təkcə daxili yarışlarda yox, qitə miqyasında da göstərən və Milan “İnter”inə Avropa Liqasının qrup mərhələsində hər 2 oyunda qol vuran Nikolas transfer qiymətini 2 dəfə qaldırıb.
Qeyd edək ki, ölkəmizdə çıxış edən ilk çilili futbolçu olan Kanales çempionatımızda vurduğu 26 qolla 1 mövsümdə ən çox fərqlənən legionerlər arasında yeni rekordçu olub.

0
0