Azərbaycan – Lüksemburq oyununa 8500 bilet satılıb
07.06.2013 - 14:34
Azərbaycan – Lüksemburq oyununa 8500 bilet satılıb
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə bugünkü ev oyununa azarkeş marağı böyükdür. Apasport.az saytının məlumatına görə, saat 21:00-da “Bakcell Arena”da başlayacaq matça 8500 bilet satılıb.

Bu da stadionun 2/3-in artıq dolduğu deməkdir. Belə ki, AFFA-nın ötən il istifadəyə verdiyi stadion 11000 azarkeş tutumuna malikdir.

Oyuna hələ 5 saatdan artıq vaxt qaldığını və bilet satışının davam etdiyini nəzərə alsaq, sayın artacağı gözləniləndir. Matça mayın 18-dən satışa çıxarılan biletlərin məbləği 4-50 manat aralığında təşkil edir.