“Rapid”in müdafiəçisi “İnter”ə gəlir
07.06.2013 - 14:51
“İnter” Vladimir Levin və Valeri Abramidzenin klubda oynamaması dəqiqləşəndən sonra müdafiənin mərkəzinə futbolçu axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Yunanıstan və Kiprdə faydasız olan axtarışlardan sonra gözlər Rumıniyaya dikəlib.
Rumıniya mətbuatının iddiasına görə, “İnter” “Rapid”in mərkəz müdafiəçisi Kristian Oroşla ciddi maraqlanır. Elə klubdan da bunu təkzib etməyiblər: “Hazırda 28 yaşlı futbolçu ilə danışıqlar gedir. Əgər danışıqlar müsbət alınsa, o zaman Oroş ilk dəfə legioner karyerasını məhz ölkəmizdə keçirəcək. Onunla 1 illik müqavilə bağlanacağı gözlənilir”.
Qeyd edək ki, Oroş “Rapid”ə qədər Rumıniyada Satu-Mare “Olimpiya”sı, “Bihor” və “Braşov”da çıxış edib. Kristian son 2 mövsümü Buxarest klubunda keçirib. O, son mövsümdə 28 oyuna 1 qol vurub, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb.

0
0