UEFA dünya çempionatının qışda keçirilməyini münasib sayır
07.06.2013 - 17:20
UEFA dünya çempionatının qışda keçirilməyini münasib sayır
UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtı ilə mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun baş katibi Canni İnfantino Asiya ölkəsində final mərhələsinin oyunlarının qışda keçirilməyini münasib sayır.

Onun fikrincə, yayda Qətərdə çox isti – 40-46 dərəcə temperatur olduğundan, matçları soyuqda keçirmək daha düzgündür: “Həmişə turnirləri yaxşı şəraitdə keçirmək lazımdır. 2022-ci ildə dünya çempionatı Qətərdə hava yaxşı olan vaxt olmalıdır. Mən hesab edirəm ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında dünya çempionatı da qışda keçirilməli idi. FİFA bu məsələni detallı araşdırmalıdır”.