Con Toşak: Hətta kora da aydındı ki...
07.06.2013 - 17:52
“Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak yaxında “Real”a keçəcəyi gözlənilən həmyerlisi Qaret Beyl haqda xoş sözlər deyib. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis vaxtilə millisini çalışdıranda rəhbərliyi altında oynamış “Tottenhem”in sol cinah yarımmüdafiəçisini artıq dünya səviyyəli ulduz futbolçu sayır.
Toşakın fikrincə, Beyl “Barselona”nın böyük məbləğdə transfer etdiyi braziliyalı hücumçu Neymardan da güclüdür: “Hətta kora da aydındır ki, o, xüsusi futbolçudur. Üstəlik, Qaret təvazökar və əsl peşəkardır. Zədələr onu daha da güclü edib. Bax, deyirlər ki, Messi misilsizdir, Kriştianu Ronaldo haqda da yüksək fikir söyləyirlər. Ancaq Beyl artıq onların səviyyələrinə yaxınlaşır. Ona İspaniyanın 2 güclü klubundan birinə keçib, Çempionlar Liqasında oynamaq lazımdır. Qaret Neymardan yaxşıdır. Çünki daha güclü liqada oynayır. Hələ baxaq görək Neymar “Barselona”da necə oynayacaq 100 milyon avroya layiq olan varsa, bu, Beyldir”.

0
0