“Azərbaycan Arşavinə tamamilə uyğun gələcək”
07.06.2013 - 20:14
“Düşünmürəm ki, “Beşiktaş” Arşavini almağa qərar verəcək . Nə də olsa Türkiyə Superliqası Azərbaycan çempionatından daha güclüdür. Həmçinin “Beşiktaş” daha məşhur və onların Avropaya çıxışları daha çoxdur. Hesab edirəm ki, Türkiyədə Arşavini yaxşı qarşılamayacaqlar. Çünki hər hansı matçda azarkeşlər onu fitə basacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Spartak” klubunun sabiq-sahibi Andrey Çerviçenko deyib.
O, Andrey Arşavinin “Beşiktaş”a və Azərbaycan klublarına mümkün keçidini şərh edib: “Amma Azərbaycan ona tamamilə uyğun gələcək. Bu, Azərbaycan futbolu üçün piar gediş olacaq. Necə ki, Roberto Karlos “Anji”da çıxış edən zaman, hər kəs onun ətrafında olurdu. Düşünürəm ki, bu gün Azərbaycan Andrey üçün lap yaxşı olacaq”.

0
0