“Barselona” Messiyə yığmada oynamasına icazə verdi
07.06.2013 - 20:37
“Barselona” və Argentina millisinin kapitanı Lionel Messi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Kolumbiya və Ekvador yığmalarına qarşı oyunlarda komandasına kömək edəcək. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun həkimləri bu iki görüşdə futbolçunun iştirakının mümkün olduğunu bildiriblər.
Belə ki, uzun müddətdir zədəli olan Messi artıq sağalıb. Kolumbiya və Ekvadorla görüşlərdə isə onun meydana çıxması argentinalı həkimlərin qəti qərarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, Argentina DÇ-2014-ün seçmə mərhələsində 11 oyundan sonra 26 xalla qrup lideridir.

0
0