“Real” yarımmüdafiəçisini 4 aylıq itirdi
07.06.2013 - 21:44
“Real” yarımmüdafiəçisini 4 aylıq itirdi
“Real”ın və İspaniya milli komandasının yarımmüdafiəçisi Xabi Alonso Braziliyada keçiriləcək Konfederasiyalar kubokunu buraxacaq. Apasport.az saytının məlumatına görə, buna 31 yaşlı futbolçunun qasığından cərrahiyə əməliyyatı olunması səbəb olub.

Alonsonun əməliyyatı uğurlu alınsa da, onun meydana nə vaxt çıxacağı hələ ki bilinmir.

İspaniya mətbuatı isə iddia edir ki, Xabi üç-dörd ay yaşıl meydanlardan uzaq qalacaq. O, yalnız ölkə çempionatının yeni mövsümündə oynaya biləcək.