Hafiz Məmmədov: “Bakı” artıq məşqçi seçimini edib - EKSKLÜZİV
07.06.2013 - 23:04
Hafiz Məmmədov: “Bakı” artıq məşqçi seçimini edib  - EKSKLÜZİV
“Biz baş məşqçini artıq seçmişik”. Bunu apasport.az saytına eksklüziv açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

“Zolaqlılar”ın rəhbəri “Bakcell Arena”da millimizin Lüksemburqla oyununu (1:1) izləyənlər arasında olub. Görüşdən sonra əməkdaşımızla qısa söhbət edən Məmmədov bildirib ki, yaxın 2 gündə başçılıq etdiyi komandada baş verəcək yeniliklərlə bağlı ətraflı açıqlama verəcək: “Mümkündürsə, 2 gün də gözləyin. “Lans”la əməkdaşlıqla bağlı bəzi açıq məsələlər qalıb ki, onun yekunlaşmasını gözləyirəm. Bundan sonra sizi dəvət edib, geniş açıqlama verəcəyəm. Super açıqlamalar olacaq”.

Mehman SÜLEYMANOV