“Bakıdan 1 xalla dönürük, buna görə çox xoşbəxtik”
07.06.2013 - 23:37
“Çox maraqlı oyun idi. Fikrimcə, nəticə də ədalətli oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Lüksemburq Futbol Federasiyasının prezidenti Filip Paul deyib.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızla qarşılaşan Lüksemburq yığması Bakıdan bir xalla ayrıldı – 1:1. Oyunu tribunadan izləyən qurum rəhbəri nəticədən razı qaldığını gizlətməyib: “Birinci hissədə zəif oynadıq. Ancaq fasilədən sonra daha fəal idik və qol epizodları yaratdıq. Təəssüf ki, son saniyədə şansımızı əldən verdik. Bununla belə, Bakıdan 1 xalla dönürük, buna görə çox xoşbəxtik. Məncə, heç-heçə oyunun ədalətli nəticəsi idi”.

0
0