"Neftçi" necə dəyişsin?
07.06.2013 - 23:52
"Neftçi" bir xəbərlə iki gün içində çalxalandı, təkziblərlə hər şey normallaşdı, amma dalğanın sahili yuması kimi bu ləpələr də qum üzərində iz qoyub çəkildi.
Ötən günlərdə idman mətbuatının gündəmini Artur Zikonun "Neftçi"nin baş məşqçisi təyin olunacağıyla bağlı xəbərlər bəzədi. Bakılıların sükan sahibi Böyükağa Hacıyevin Moskvada müalicə olunması, daha işinə davam edə bilməyəcəyi ilə bağlı deyilənlərdən sonra bir anda onun braziliyalı ilə əvəzlənəcəyi barədə söz-söhbətlər yayıldı. Gəl ki, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov açıqlama verib xəbəri isti-isti təkzib etdi.
Deyək ki, hər şey onun dediyi kimidi və həqiqətən də Sadıq Sadıqov klub prezidenti olduğu dönəmdə "Neftçi"də yerli mütəxəssis çalışacaq. Ancaq razılaşarsız ki, od olmayan yerdən tüstü çıxmaz. Ortada konkret ad var və Ziko sıradan biri deyil, hətta "Benyodkor"da da işlədiyini nəzərə alsaq, Azərbaycana gəlməsi olduqca realdı. Ola bilsin ki, bu məsələ bir müddət üçün dondurulub, amma nəvaxtsa yenidən gündəmə gələcək.
Süleymanov hər nə qədər belə informasiyaların "Neftçi"ni istəməyənlər tərəfindən yayıldığını iddia etsə də, faktiki paytaxt klubunda dəyişikliklər qaçılmazdı. Bu xəbər ilk olaraq ortaya atılanda bakılıların ölkə kubokunun finalındakı biabırçılığa görə artıq təzyiqdən qaçmaq və fikir yayındırmaq üçün Zikonu bir kart kimi ortaya atdığını düşünmüşdüm. Sonra isə bəlli oldu ki, bu, "Neftçi"nin iz azdırmaq cəhdi yox, gələcək dəyişikliklərin anonsudu.
Doğrusu, bu xəbəri klub prezidenti Sadıq Sadıqovun təkzib və ya həmişə ürəyi dolu olan Böyükağa Hacıyevin şərh edəcəyini gözləyirdik. Amma onlar yox, məhz öz gələcəyi də şübhəli olan Süleymanov dilə gəldi. Həmin Süleymanov ki, finaldakı biabırçılıqdan sonra Güloğlan Cabbarovun hərəkətlərini şərh etməyi ağlından belə keçirməmişdi.
"Neftçi"də dəyişiklik qaçılmazdı. Bizdə olan bilgiyə görə, xüsusilə "Xəzər Lənkəran"la qalmaqallı oyundan sonra bu komanda haqda ölçü götürmək tapşırığı verilib. Amma işə məşqçidən başlamaq nə dərəcədə məntiqlidi? Bəlkə demək olar, dövlət büdcəsindən maliyyələşən klubu qoluzorlular, qoçular yığınına çevirmiş rəhbərlikdən başlanmalıdı?
Yoxsa məşqçi daha böyükləri qorumaq üçün qurban verilməli yeganə şəxsdi?
Ölkə kubokunun finalında "Neftçi" tərəfinin əzələ nümayişi yalnız bir neçə nəfərin gözünü qorxutmağa yetdi, əvəzində özüylə cəzalar gətirdi. Eyni zamanda Cabbarovun dəstəsinin etdikləri qıcıq və etiraz hissi yaratdı. Deməli, "Neftçi"ni gələn mövsüm daha ciddi rəqabət gözləyir. "Xəzər Lənkəran", "Qəbələ", "İnter", "Bakı" ciddi şəkildə güclənməyə başlayıbsa, artıq qoluzorlularla oyun udmaq, çempion olmaq mümkün olmayacaq. "Neftçi" indi peşəkar klub kimi də formalaşmalı, Flavinyo, Kanales və başqa 2-3 legionerdən asılı komanda olmamalıdı.
"Neftçi" rəhbərliyinin başında məşqçiylə bağlı planlar qurması da təsadüfi deyil. Con Toşak, Yuri Syomin və "Bakı"nın gəlişi gözlənilən ispan baş məşqçisiylə müqayisədə Hacıyev heç kimdi, adların qarşısına ad çıxarmaq lazımdı. Böyükağa bəyin çempionluq sayı ilə öyünməsi də boş şeydi, o nəticələri kimin qazandığını hamı bilir, Hacıyev gəlməmiş də "Neftçi" çempionluqlar seriyasına başqa yerli məşqçi ilə başlamışdı.
İndi qitə arenasında söz verilən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanılması sözü var. Avropada Anar Salmanov, Əliyar Ağayev kimi sözəbaxanlar, APOEL kimi 5 manata "salam verən" komandalar çox azdı, onlardan da hansısa "Neftçi"nin qismətinə çıxa-çıxmaya. Bu səbəbdən həm qitə arenası üçün vəd olunan uğurlar və ölkədə güclənən iddialıların ayağı altda qalmamaq üçün "Neftçi" dəyişməlidi.
Həm də təkcə sırf idman mübarizəsi baxımından yox... Son vaxtlar komandanın imicini zədələyən çox olaylar olub, "Neftçi" onların da üstünə mala çəkmək üçün silkələnməlidi. Bəlkə də məşqçidən rəhbərliyə kimi hamısı dəyişməklə. Lap Zikodan başlansın, amma braziliyalı qoluzorlular komandasında ürəyi istəyən kimi işləyərmi? O, həqiqətən yeni dalğanın ilk ləpəsidisə, onda çör-çöpü mütləq sahilə atacaq.
Fateh
Sport-Ekspress

0
0