Ruslan Abışov çıxış yolu tapdı: Oyunumuza gəlməsinlər!
08.06.2013 - 00:21
“Təbii ki, qələbəni əldən verdiyimizə görə məyusuq. İkinci qolu vurmağa yaxın olsaq da, şansımızdan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və “Rubin”in futbolçusu Ruslan Abışov deyib.
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Lüksemburq görüşündən sonra Ruslan Abışov yerli jurnalistlərin suallarını cavablandırıb.
Görüşdə yeganə qolumuza imza atan Abışov azarkeşləri günahlandırıb: “Hesab 1:1 olandan sonra ruhdan düşdük. Çünki azarkeşlər “istefa” qışqırırdı. Bu da bizi ruhdan salırdı. Üstəlik, baş hakim Branimir Subaşiçə qırmızı vərəqə verməklə bizim ümidlərimizi öldürdü. Mən demək istəyirəm ki, əgər qol buraxdıqdan sonra “istefa” qışqıracaqlarsa, heç belə azarkeşlər gəlib oyunumuza baxmasınlar. Belə şeylər biz futbolçulara, şəxsən mənə çox pis təsir edir”.

0
0